İDMAN


“Forbes” 2017-ci ilin ən yüksək məvacibli futbolçularının adlarını açıqlayıb

Bakı, 27 may, AZƏRTAC

Portuqalıyalı Kriştianu Ronaldu 2017-ci il üçün dünyanın ən yüksək məvacibli futbolçularının “Forbes” jurnalı tərəfindən tərtib edilmiş siyahısında birinci yeri tutub.

Madridin “Real” klubunun 32 yaşlı hücumçusu, Portuqaliya yığmasının heyətində indiki dünya çempionu dalbadal dördüncü ildir bu siyahıda birinci yeri tutur. Nəşrin hesablamalarına görə, futbolçu 2016-cı il iyunun 1-dən 2017-ci il mayın 31-dək olan dövr ərzində 93 milyon dollar qazanıb. Bu vəsaitin təqribən 58 milyon dolları onun məvacibi və klubdakı bonusları, qalanları reklam müqavilələrindən olan gəlirləridir.

“Barselona” klubunun və Argentina yığmasının oyunçusu Lionel Messi siyahıda ikinci yerdədir. Onun illik gəliri təqribən 80 milyon dollardır. Bu məbləğin 50 milyon dollarını onun əməkhaqqısı və klubdan olan bonusları təşkil edir.

Üçüncü yerdə “Barselona” klubunun daha bir futbolçusu, braziliyalı Neymar qərarlaşıb. Siyahını tərtib edənlər onun gəlirlərini 37 milyon dollar civarında qiymətləndirirlər. “Real” klubunun və Uels yığmasının təmsilçisi Qaret Beyl və “Mançester Yunayted” klubunun hücumçusu, isveçli Zlatan İbrahimoviç müvafiq olaraq 4-cü və 5-ci yerlərdə qərarlaşıblar. Onların illik qazancı müvafiq olaraq 34 və 32 milyon dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.