İQTİSADİYYAT
“Forbes”: AZAL Rusiyaya uçuş həyata keçirən ən yaxşı xarici aviaşirkətlərdən biridir
Bakı, 16 fevral, Elvin Camalov, AZƏRTAC
AZAL Rusiyaya uçuş həyata keçirən ən yaxşı xarici aviaşirkətlərdən biri seçilib.
AZƏRTAC xəbər verir ki, “Forbes” jurnalı Rusiya ərazisinə uçuşlar həyata keçirən ən yaxşı aviaşirkətlərin adlarını açıqlayıb.
İlk dəfə tərtib olunan reytinqdə yerli və xarici aviaşirkətlərlə birlikdə ən yaxşı uçuşlar həyata keçirən 20 aviaşirkətin adı daxil edilib. “Azərbaycan Hava Yolları” bu reytinqdə 8-ci yeri tutub.
Rusiyaya uçuşlar həyata keçirən aviaşirkətlər arasında ən yaxşısı “Emirates” olub. Sonrakı yerləri “Belaviya” və Polşanın “LOT” şirkəti tutub. “Türk Hava Yolları” və “Azərbaycan Hava Yolları” QSC isə ardıcıl olaraq 7-8-ci yerləri bölüşür.
Qeyd edək ki, “ reytinq tərtib olunarkən “Aeroport” agentliyinin “Rusiya səmasında servis” tədqiqatlarının nəticələrindən istifadə olunub.