Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Forbes”: “Avrasiyanın yeni qovşaqlarına diqqətli baxış: Azərbaycanın yeni Bakı Limanı”

“Forbes”: “Avrasiyanın yeni qovşaqlarına diqqətli baxış: Azərbaycanın yeni Bakı Limanı”

Bakı, 5 noyabr, Elvin Camalov, AZƏRTAC

ABŞ-ın tanınmış “Forbes” jurnalı “Avrasiyanın yeni qovşaqlarına diqqətli baxış: Azərbaycanın yeni Bakı Limanı” başlıqlı geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, Vade Şepardın müəllifi olduğu məqalədə qeyd olunur ki, Bakıdan 65 kilometr cənubda - Ələt qəsəbəsinin 20 kvadratkilometrlik ərazisində yerləşən yeni Bakı Limanı böyük planlar qovşağıdır. Vade Şepardın sözlərinə görə yeni Bakı Limanı və Azad Ticarət Zonası (ATZ) Yeni İpək Yolu boyunca Çindən Avropaya qədər uzanan və bir çox inkişaf edən iqtisadiyyatları birləşdirən mühüm məntəqədir.

Avrasiyanın tam mərkəzində yerləşən Azərbaycan 2000-ci illərdən etibarən yeni nəqliyyat və infrastruktur layihələrinin icrasına başlayıb və bu siyasətin bir hissəsi olaraq yeni geniş yollar, dəmir yolları və körpülər tikilir. 2007-ci ildə isə Bakı Limanının ölkənin əsas nəqliyyat qovşaqlarından olan Ələt qəsəbəsinə köçürülməsi qərarı verilib.

“Forbes” jurnalı qeyd edir ki, bununla da ölkədə geniş miqyasda iqtisadi diversifikasiyaya başlanılıb və Ələtdə xüsusi hüquqi rejimin əhatə edəcəyi Xəzər dənizinin müasir limanı, yol və dəmir yolu terminalı və Azad Ticarət Zonasının qurulmasına start verilib.

“Biz Bakı Limanını yalnız liman kimi görmürük. Biz inanırıq ki, qeyd olunan layihə yalnız Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadi diversifikasiyası üçün deyil, bütün regionun transformasiyasına töhfə verəcək”, - deyə jurnala müsahibəsində Kembric Universitetində təhsil almış baş direktor Taleh Ziyadov qeyd edib.

Müəllif vurğulayır ki, hazırda TRASECA layihəsi çərçivəsində yeni Bakı Limanı və Azad Ticarət Zonası Avropanı Çin və Mərkəzi Asiya, eyni zamanda Rusiyanı Yaxın Şərq və Hind Okeanı ilə birləşdirən qovşaq qismində çıxış edir. Lakin planlar daha da genişdir və liman “hub of hubs” (qovşaqların qovşağı) kimi Rusiya, İran, Avropa, Mərkəzi Asiya, Qafqaz və Çini birləşdirən məkana çevrilməyə cəhd edir.

Keçmişdə olduğu kimi Avrasiya regionu boyunca Qazaxıstanın Korqos və Aktau, Gürcüstanın Anaklia, İranın Bəndər Abbas, Polşanın Terespol, Çinin Çongqin, Çhenqdu və Lanjou şəhərləri yeni istehsalat, ticarət və logistika mərkəzlərinə çevrilirlər. Qeyd olunan məkanlar üçün aydın inkişaf modeli kimi Birləşmiş Ərəb Əmirliklərinin Cəbəl Əli Azad Ticarət Zonası (JAFZA) çıxış edir.

Taleh Ziyadov bildirib ki, 10, 20 ildən sonra Ələt qəsəbəsi Bakının Cəbəl Əlisi olacaq. Hazırda şəhərdə 10-12 min insan yaşayır, lakin liman ətrafında qurulacaq ATZ ilə burada çox sayda iş yerləri, yeni evlər, yeni bizneslər və ATZ-nin təsir etdiyi digər müsbət proseslər cərəyan edəcək ki, bu da Ələti Bakı şəhərinin sputnik şəhərinə çevirməklə yanaşı Mərkəzi Avrasiyanın müasir və tam təminatlı bir məkanına transformasiya edəcək.

Məqalədə vurğulanır ki, bu ilin sentyabr ayında JAFZA-nı idarə edən “DP World” şirkəti Bakı Limanı ilə müqavilə imzalayaraq ATZ-nin qurulmasında məsləhətçi qismində çıxış edir. Bu kifayət qədər məntiqli addımdır, çünki adıçəkilən şirkət Yeni İpək Yolu boyunca “JAFZA tipli” vacib ATZ-lərin qurulmasına cəlb olunub. Bu tipli layihələrdən biri də “DP World” tərəfindən Çin və Qazaxıstan sərhədində ərsəyə gətirilən Korqos Xüsusi İqtisadi Zonasıdır.

Vade Şepard qeyd edir ki, bu günə kimi Xəzər dənizi hövzəsini keçməklə 19 yük qatarı Çindən Avropaya yola salınıb. Bu yolla daşınan yük 15 gün ərzində dənizlə daşımadan 2-3 dəfə tez çatdırılır və eyni zamanda hava daşımaları ilə müqayisədə əhəmiyyətli dərəcədə ucuzdur.

Limanın baş planı 135 illik təcrübəsi olan Hollandiyanın Royal Hiskoni şirkəti tərəfindən hazırlanıb və ilkin mərhələdə ATZ liman ətrafında 400 hektarlıq ərazidə inkişaf edəcək.

Əsas məntiq Avropa və Çin arasında olan böyük bazarda regional istehsal sahələrini Bakıya gətirməkdir. Bu neft kimya, əczaçılıq, kənd təsərrüfatı və sair sahələrdə regional istehsal və distribusiya mərkəzinin yaradılmasıdır. Yeni Bakı Limanı ticarət dövriyyəsinin artması nəticəsində 2020-ci ilə bir milyon konteyner və 25 milyon ton yükün aşırılması potensialında olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI