DÜNYA


“Forbes”: Rusiyanın ən çox qazanan rəhbəri “Gazprom”un idarə heyətinin sədri Aleksey Millerdir

A+ A

Bakı, 24 noyabr, Nihad Budaqov, AZƏRTAC 

“Forbes” jurnalı “Rusiyanın ən çox qazanan 25 meneceri” siyahısını açıqlayıb. Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller ötən il qazandığı 17,7 milyon dollarla siyahıda ilk sırada qərarlaşıb. Lakin 2014-cü ildə 27 milyon dollar qazanan A.Millerin ötənilki gəlirləri isə əhəmiyyətli dərəcədə azalıb.

AZƏRTAC xəbər verir ki, siyahının ikinci sırasında ötən il qazandığı 13 milyon dollarla ölkənin ən böyük neft istehsalçısı olan “Rosneft”in idarə heyətinin sədri İqor Seçin yer alıb. İ.Seçin Rusiya Prezidenti Vladimir Putindən sonra ölkədə ən çox siyasi nüfuza malik şəxslərdən biri kimi qiymətləndirilir.

Rusiyanın ən böyük bankı “Sberbank”ın (“Сбербанк”) rəhbəri German Gref isə 2015-ci ildə qazandığı 11 milyon dollarlıq qazancla siyahının üçüncü sırasında qərarlaşıb.

Jurnalın məlumatına görə, “Rusiyanın ən çox qazanan 25 meneceri” siyahısında cəmi gəlir miqdarı 2012-ci ildəki 1,9 milyard dollardan ötən il təxminən 900 milyon dollara geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.