DÜNYA
Forbes” ən çox gəlir əldə edən yazıçıların siyahısını açıqlayıb
Bakı, 8 avqust, AZƏRTAC
“Forbes” dünyanın ən çox gəlir əldə edən yazıçılarının siyahısını açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, siyahıya Harri Potter haqqında silsilə kitabların müəllifi Coan Roulinq başçılıq edib. Jurnalın verdiyi məlumata görə, o, son 12 ayda 95 milyon ABŞ dolları qazanıb. Yazıçının ümumi varidatı 650 milyon dollar qiymətləndirilir.
İkinci yeri inspektor Aleks Kross haqqında silsilə romanların müəllifi Ceyms Patterson tutub. İl ərzində o, 87 milyon dollar qazanıb. Siyahıda daha sonrakı yerləri “Fərsizin (əfəl, zəif) gündəliyi” məşhur kitabı ilə Ceff Kini, “Da Vinçi şifrəsi” və “Mələklər və şeytanlar” bestellerlərinin müəllifi Den Braun tutur. Bu onluğa, həmçinin Stiven Kinq (15 milyon dollar), Con Qrişem, Nora Roberts və “Qatarda qız”ın müəllifi Pola Hokins daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]