DÜNYA


“Forbes” jurnalı 2016-cı ilin ən varlı yazıçılarının adını açıqlayıb

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

“Forbes” jurnalı 2016-cı il üçün milyoner yazıçıların adlarını açıqlayıb. Siyahıya inspektor Aleks Kross haqqında romanların müəllifi Ceff Patterson başçılıq edir.

AZƏRTAC forbes.com sayına istinadla xəbər verir ki, nüfuzlu jurnalın hesablamasına görə, amerikalı yazıçının qazancı 95 milyon dollardır.

Siyahıda ikinci yeri böyük fərqlə "Zəifin gündəliyi" bestsellerinin müəllifi Jeff Kinni tutur.

Onun qazancı 19,5 milyon dollar olub. İlk üçlüyü isə sehrbaz Harri Potter haqqında kitablar seriyasının müəllifi Coan Roulinq tamamlayır - 19 milyon dollar.

"Bozun 50 çaları" bestsellerinin müəllifi E.L.Ceyms 14 milyon dollarla bu siyahıda 8-ci olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.