MƏDƏNİYYƏT


“Forbes” jurnalı Azərbaycanda keçirilən moda həftəsindən yazır

Bakı, 1 avqust, AZƏRTAC

ABŞ-ın məşhur “Forbes” jurnalında “Dəniz kənarında inkişaf edən moda paytaxtı: Azərbaycan moda aləminə qədəm qoyur” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif Stefan Rabimov Bakının öz əzəməti ilə insanı heyran qoyduğunu vurğulayır. Bildirir ki, bu dünyəvi müsəlman ölkəsi sovet dövrünün avtoritar idarə üsulunun qalıqlarını ləğv edib.

S.Rabimov neftlə zəngin Azərbaycanın paytaxtındakı qədim və müasir memarlıq nümunələrindən, Bakıda keçirilən möhtəşəm idman tədbirlərindən bəhs edir, Daş salnamə muzeyində təşkil olunan moda həftəsindən ətraflı söhbət açır.

Sonda müəllif Azərbaycanın ən məşhur moda dizaynerləri, onların fəaliyyəti, dünya bazarına çıxmaq üçün səyləri barədə məlumat verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.