DÜNYA


“Forbes” ötən il ən çox qazanan qadın yazıçıların adlarını açıqlayıb

Bakı, 13 iyun, AZƏRTAC

“Forbes” jurnalı 2016-cı ildə əsərlərinə görə ən yüksək gəlir əldə edən qadın yazıçıların adlarını açıqlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2016-cı ilin nəticəsinə əsasən, dünya üzrə ən yüksək qazanca malik müəlliflərin siyahısında 17 yerdən 6-nı qadınlar tutub. Milyonlarla nüsxə satılan “Qatardakı qız” kitabının müəllifi Pola Hokins ən varlı yazıçı qadınlar siyahısına daxil olub. O, 10 milyon dollar qazanaraq reytinqdə 5-ci yerdə qərarlaşıb.

Ən varlı yazıçı qadınların reytinqinə isə “Harri Poter” barədə əsərlərin müəllifi Coan Roulinq başçılıq edir. Sehrli dünya haqda kitablar öz müəllifinə keçən il 19 milyon dollar olmaqla stabil gəlir gətirməkdə davam edir. “Qarışıq” reytinqdə isə Roulinq üçüncü yeri tutur.

Qadınların siyahısında ikinci və üçüncü yerin sahibləri məşhur romançılar, hər biri 15 milyon dollar qazanmağa nail olan Nora Roberts və Daniela Stildir.

Məşhur “Bozun 50 çaları” kitabının müəllifi, eyni adlı filmin çəkilişindən sonra dünya şöhrəti qazanan Erika Leonard Ceyms 14 milyon dollarla dördüncü sırada yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.