İQTİSADİYYAT


“Forbes” yeni Bakı Limanı ilə bağlı videomaterial hazırlayıb VİDEO

A+ A

Bakı, 27 oktyabr, Elvin Camalov, AZƏRTAC

ABŞ-ın “Forbes” jurnalının saytında Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı videomaterial yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, videomaterial limanın Qazaxıstandan Avropaya, Rusiyadan İrana olmaqla iki mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşdiyi deyilir.

Bildirilir ki, yeni Bakı Limanının sahəsi 20 kvadrat kilometrdir və burada azad ticarət zonası yaradılacaq. Gələcəkdə limanda yükaşırmaları il ərzində 25 milyon ton təşkil edəcək və bir milyona yaxın konteyner daşınması mümkün olacaq.

Həmçinin videomaterialda qeyd edilir ki, limanın birinci fazasının tikintisi 2017-ci ilə qədər tamamlanacaq və yükaşırma qabiliyyəti 11,5 milyon tona çatdırılacaq. Yüklərin böyük hissəsi Çin, Mərkəzi Asiya və Avropa arasında daşınacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.