İDMAN


“Force India” Bakıda pilotlarının yeni formasını təqdim edib

Bakı, 23 iyun, AZƏRTAC

“Force India”nın pilotu Esteban Okon Formula-1 Azərbaycan Qran-Prisindən əvvəl paddokda komandanın yeni yürüş kombinezonunda görünüb.

AZƏRTAC xəbər verir ki, yeni formada “Force India” maşınlarının rənglərinə uyğun ağ və çəhrayı rənglər üstünlük təşkil edir.

Hindistan komandası mövsümün əvvəlində yeni sponsor - titullu BWT ilə müqavilə imzalayıb. Bundan sonra onun avtomobilləri çəhrayı boya ilə rənglənib. Amma yeni forma indi təqdim edilib. “Force India”nın pilotları mövsümün əvvəllində qara rəngli kombinezonlarda çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.