SİYASƏT


“Foreign Affairs” jurnalında Bakıda keçirilmiş  Azərbaycan-İran-Rusiya üçtərəfli sammiti haqqında məqalə dərc edilib

A+ A

Vaşinqton, 15 avqust, AZƏRTAC

Amerikada çıxan “Foreign Affairs” jurnalında Yaxın Şərq İnstitutunun və Ceymstaun fondunun böyük elmi işçisi Aleks Vatankanın Azərbaycan-İran-Rusiya əməkdaşlığı haqqında məqaləsi dərc edilib.

Müəllif yazır ki, bu il avqustun 8-də Bakıda Azərbaycan, İran və Rusiya liderlərinin regional iqtisadi inteqrasiya layihələrinə, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə həsr edilən üçtərəfli zirvə toplantısı keçirilib. İraqda və Suriyada münaqişələr, terrorizmə və ekstremizmə qarşı mübarizə məsələləri həmin görüşdə müzakirə mövzusu olub.

A.Vatanka daha sonra yazır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın və Rusiyanın birgə işləməyə hazır olması barədə bəyanatlarını alqışlayır. Müəllif qeyd edir ki, İraqda və Suriyada münaqişələr, dini radikalizmin artması dünyəvi dövlət olan Azərbaycanı da narahat edir. Ekspert vurğulayır ki, İŞİD deyilən qondarma qurumun ideologiyası Azərbaycan üçün milli təhdid mənbəyi sayılır. Daha sonra o, Mərkəzi Asiya ölkələrində “cihadçıların” ələ alınması məsələsinə toxunur. A.Vatanka qeyd edir ki, islamçılar Azərbaycanda geniş uğur qazana bilməyiblər və bunun iki səbəbi var. Əvvələn, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndən sonra dünyəvi dövlət xüsusiyyətini qoruyub saxlayıb. İkincisi, neft satışından əldə edilən gəlirlər sayəsində Azərbaycanın nail olduğu sanballı iqtisadi artım ölkədə orta sinfin yaranmasına kömək edir. A.Vatanka vurğulayır ki, Azərbaycanda sosial-iqtisadi şəraitin fərqli olması islamçıların ritorika və ideologiyasının “cəlbediciliyini” azaldıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.