İDMAN


Formula-1 Avropa Qran-prisinin yeni mövsümündə biletlərin qiyməti kifayət qədər aşağı olacaq VİDEO

A+ A

Bakı, 23 noyabr, Səxavət Quliyev, AZƏRTAC 

Gələn il Bakıda təşkil olunacaq Formula-1 Avropa Qran-prisinin bilet satışına dekabrın 1-də start veriləcək. İkinci mövsümdə də tamaşaçı yerlərinin sayı bu ildəki qədər olacaq.

Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

N.Arpadarai bildirib ki, gələnilki yarışın biletlərinin kateqoriyalarında dəyişiklik edilib. Bu il təşkil olunan yarışa birgünlük və üçgünlük biletlər satışa çıxarılmışdı. Növbəti yarışa isə dördgünlük və hər gün üçün ayrıca biletlər əldə etmək mümkün olacaq. Biletlərin qiyməti kifayət qədər münasibdir. Qiymətlər Azərbaycan manatı ilə göstəriləcək. Digər ölkələrdə keçirilən Qran-prilərlə müqayisədə Bakı yarışında qiymətlər kifayət qədər aşağı olacaq.

“Dekabrın 1-dən gələn il yanvarın 31-dək endirimli kampaniya təşkil olunacaq. Azarkeşlər biletləri 30 faiz endirimlə əldə edə biləcəklər. Həmçinin 2-15 yaşlılar üçün xüsusi endirimli biletlər təklif olunacaq. Çalışırıq ki, bu yarışları izləmək istəyənlər üçün müxtəlif kateqoriyada biletlər olsun və onlar möhtəşəm yarışı rahatlıqla izləyə bilsinlər”, - deyə N.Arpadarai deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.