İDMAN


“Formula-1” Azərbaycan Qran-Prisi: Trasda dəyişikliklər və DRS zonaları

Bakı, 22 iyun, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” Azərbaycan Qran-Prisindən əvvəl Bakı trasında ötən illə müqayisədə maşınların sürətinin artması ilə bağlı dəyişikliklər barədə məlumat verib və iki müstəqil DRS zonasının yerini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, 1, 2, 3, 5, 8 və 15-ci döngələrin təhlükəsizlik zonalarının baryerləri yerin genişləndirilməsinin təmin olunması üçün trasdan kənara çəkilib. 1, 3, 5, 7, 8 və 15-ci döngələrdə TecPro baryerlərinə əvvəlkilərin qarşısında qoyulmuş bloklar əlavə olunub.

Qəzadan sonra maşınların evakuasiyası üçün 7-ci və 8-ci döngələrin hasarında əlavə qapılar açılıb. Trasda iş başa çatandan sonra insanların gediş-gəlişini asanlaşdırmaq üçün keçidlər əlavə olunub. 13-cü və 19-cu döngələrin bayır tərəfində təhlükəsizlik baryerləri 34 metr uzadılıb.

Pilotlar 2 müstəqil DRS zonasında arxa əks-qanadın idarəetmə elementinin vəziyyətini dəyişə biləcəklər.

DRS zonalarından biri Neftçilər prospektində düz uzun yoldadır. Maşınlar arasında intervalın ölçmə nöqtəsi 20-ci döngənin apeksində yerləşir. Sistemi 347 metrdən sonra fəallaşdırmaq mümkün olacaq.

Digər DRS zonasının ölçmə nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Sistemdən ikinci döngədən 52 metr keçəndən sonra istifadə etmək olar.

Bu həftə sonu sürət məhdudiyyəti bir il əvvəl ilə müqayisədə yüksəkdir - saatda 80 kilometrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.