İDMAN


Formula-1 Azərbaycan Qran-Prisi: bukmekerlərin mərcləri

Bakı, 19 iyun, AZƏRTAC 

Britaniyanın “William Hill” bukmeker kontorunun qarşıdan gələn Formula-1 Azərbaycan Qran-Prisində qələbə ilə əlaqədar mərclərin məzənnəsini dərc edib.

AZƏRTAC xəbər verir ki, bu kontorun bukmekerləri Lyuis Hemiltonu favoriti hesab edirlər – Bakıda onun uğur qazanmaq şansını Sebastyan Fettelin şansından 1,5 dəfə yüksək qiymətləndirirlər.

Bukmekerlərin mərcləri: Azərbaycan Qran-Prisində qələbə

Hemilton 1.83

Fettel 3.25

Bottas 6.00

Raykkonen 13.00

Ferstappen, Rikardo 51.00

Peres 101.00

Okon 201.00

Massa 301.00

Qrojan, Maqnussen, Hyulkenberq, Kvyat, Sayns 1001.00

Alonso, Stroll, Vandorn, Palmer, Verlyayn, Erikson 2001.00.

Lyuis Hemilton Kanadada çempion titulu üçün mərclərdə qalib gələndən sonra yenidən birinci mövqeyə qayıdıb, hərçənd şəxsi hesabda Sebastyan Fettel “Mercedes” yürüşçüsünü 12 xal qabaqlayır.

Bukmekerlərin mərcləri: Şəxsi hesabda titul

Hemilton 1.91

Fettel 2.10

Bottas 26.00

Raykkonen 81.00

Ferstappen, Rikardo 201.00

Massa 1001.00

Alonso, Kvyat, Sayns, Qrojan, Hyulkenberq, Peres, Maqnussen, Okon, Stroll 2001.00

Vandorn, Verlyayn, Palmer, Erikson 2001.00

Konstruktorlar Kubokunda “Mercedes” komandası qələbəyə favorit kimi qalır. “Ferrari”nin uğur qazanmaq şansı aşağı qiymətləndirilir, digər komandaların qələbə qazanması barədə mərclər isə yalnız formal şəkildə qəbul edilir.

Bukmekerlərin mərcləri: Konstruktorlar Kubokunda qələbə

Mercedes 1.44

Ferrari 2.87

Red Bull 501.00

Williams, Force India, Haas, Toro Rosso, Renault, Sauber, McLaren 2501.00.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.