İDMAN


Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Formula-1 Azərbaycan Qran-Prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər.

Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.

Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.