İDMAN


Formula-1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə təchiz olunub

Bakı, 23 iyun, AZƏRTAC

Bu gün Bakıda start götürən Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirib. Nazirlik tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər görülüb.

Bu barədə AZƏRTAC-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin ehtiyacına uyğun olaraq, mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, həmçinin beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.

Bununla yanaşı, “Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının lazımi mühafizəsi təmin edilib.

Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet təminatı üçün müvafiq işlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik optik kabel və 1000 ədəddən çox radiotezlik nominalı ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.