İDMAN


Formula-1 Azərbaycan Qran-Prisinin həftəsonu üçün hava proqnozu açıqlanıb

Bakı, 22 iyun, AZƏRTAC

Formula-1 Azərbaycan Qran-Prisinin həftəsonu üçün hava proqnozu açıqlanıb.

AZƏRTAC xəbər verir ki, yarış həftəsonu günəşli və sərt küləyin müşayiəti ilə keçəcək.

İyunun 23-də buludsuz hava şəraitində pilotlar 28 dərəcə istilikdə sərt küləyə qarşı yarışacaqlar. Bir gün sonra havanın temperaturu dəyişməsə də, cənub-şərq küləyi əsəcək. Bu havada komandalar trekə adaptasiya olmağa çalışacaqlar. İyunun 25-də havanın hərarəti artacaq və külək bir az səngiyəcək.

Yarış həftəsonunda yağış yağacağı gözlənilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.