İDMAN


Formula-1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün sonuncu təlim təşkil olunub

Bakı, 16 iyun, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 16-da Formula-1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün “Məkanla tanışlıq” adlı ikigünlük təlimə başlayıb.

AZƏRTAC xəbər verir ki, təlimin keçirilməsində məqsəd könüllülərin məkanla tanışlığını təmin etməkdir. Təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarətdir. İlk hissədə könüllülərə təyin olunduqları məkanlarla bağlı təqdimat göstərilib. Daha sonra könüllülər həmin məkanlarla praktiki tanış olublar. Bundan başqa, təhlükəsizlik qaydalarının pozulması hallarında, eyni zamanda, təhlükəli hadisələr baş verdikdə görüləcək ilk tədbirlər haqqında könüllülərə məlumat verilib.

Təlimin ilk günündə iki, iyunun 17-də isə dörd zonanın könüllüləri daxil olmaqla, ümumilikdə 3 min nəfər iştirak edəcək.

BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin əlaqələndiricisi Sevinc Cəfərova təlimin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Məkan təlimləri könüllülərin hazırlığı prosesində sonuncu mərhələdir. Tribunalar və müxtəlif yarış obyektləri haqqında könüllülərin öncədən məlumatlandırılması onların Qran-Pri zamanı işlərini uğurla həyata keçirməsində mühüm rol oynayacaq. Məkanla tanışlıq təlimlərindən sonra könüllülər rəsmi olaraq işləyəcəkləri şöbələrdə fəaliyyətlərinə start verəcəklər”.

Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.