İDMAN


Formula-1: “Mercedes” komandasının pilotu Luis Hamilton İspaniya Qran-Prisinin qalibi olub

Bakı, 15 may, AZƏRTAC

Formula-1 üzrə dünya çempionatının beşinci yarışı – İspaniya Qran-Prisində “Mercedes” komandasının pilotu Luis Hamilton qalib gəlib.

AZƏRTAC xəbər verir ki, beşinci yarışda pilotlar Barselonada 4655 metrlik trasda 66 dövrə vurublar.

Luis Hamilton 1 saat 35 dəqiqə 56,497 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 3,490 saniyə geri qalan Sebastian Fettel (“Ferrari”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 75,820 saniyə sonra finişə çatan Daniel Rikkardo (“Red Bull Racing”, 15 xal) tamamlayıb.

Pilotların yarış cədvəlinə 104 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton 98 xalla ikinci, Valtteri Bottas (hər ikis “Mercedes”) isə 63 xalla üçüncü pillədə qərarlaşıblar.

Konstruktorlar kubokunda isə “Mercedes” 161 xalla birinci, “Ferrari” 153 xalla ikinci, “Red Bull Racing” isə 72 xalla üçüncü pillədə qərarlaşıb.

Çempionatın növbəti – altıncı yarışı olan Monako Qran-Prisi mayın 25-28-də keçiriləcək.

Dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisi isə iyunun 23-25-də Bakıda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.