İQTİSADİYYAT


Formula 1 ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının monitorinq qrupu fəaliyyət göstərir

Bakı, 24 iyun, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə Formula -1 Azərbaycan Qran-Prisi ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda 2-ci dəfə keçirilən Formula -1 yarışlarını izləmək üçün Bakıya gələn çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə, əvvəlcədən də mətbuatda xəbər verildiyi kimi, Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 67 filial və şöbəsi gücləndirilmiş iş rejimində xidmət göstərir.

Yarışlarla əlaqədar olaraq, MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı problemlə bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:

Əlaqələndirici şəxs: Azər Quluyev

email: [email protected] 

Tel: +994 51 444 25 32

Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.