İDMAN
Formula-1 pilotları ikinci sərbəst yürüşdə mübarizəyə başlayıblar
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də saat 17:00-da Formula-1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Felipe Massa və Lans Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Eseteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hulkenberq ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Daniil Kvayt və Karlos Sainz, "Sauber"də Markus Erikson, Antonio Giovinnazzi, Paskal Verleyn, "McLaren"də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.
İyunun 24-də sıralama yürüşü keçiriləcək. İyunun 25-də isə Formula-1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]