İDMAN
Formula-1 üzrə dünya çempionatının yeni mövsümünə start verilib
Bakı, 26 mart, AZƏRTAC
Formula-1 üzrə dünya çempionatının yeni mövsümünə start verilib. Martın 26-da keçirilən birinci yarışda – Avstraliya Qran-prisində “Ferrari”nin pilotu Sebastyan Fettel qalib gəlib.
AZƏRTAC xəbər verir ki, ilk yarışda pilotlar Melbrundakı Albert Parkda 5303 metrlik trasda 58 dövrə vurublar.
Sebastyan Fettel yarışı 1 saat 24 dəqiqə 11,672 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 9,975 saniyə geri qalan Lyuis Hamilton (“Mersedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 11,250 saniyə sonra finişə çatan Valtteri Bottas (“Mersedes”, 15 xal) tamamlayıb.
Konstruktorlar kubokunda isə “Ferrari” 37 xalla birinci, “Mersedes” 33 xalla ikinci, “Red Bull Racing” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.
Çempionatın növbəti – ikinci yarışı olan Çin Qran-prisi aprelin 7-9-da Şanxayda keçiriləcək.
Dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisi isə iyunun 23-25-də Bakıda təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]