İQTİSADİYYAT


Formula-1 yarışları çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda yüklərin gətirilməsinə başlanılıb

Bakı, 19 iyun, AZƏRTAC

Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda yüklərin gətirilməsinə başlanılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilib. Daha iki reys bu həftə yerinə yetiriləcək.

Reysləri “Silk Way Airlines”, “Cargolux”, “Qatar Cargo” və “AirBridgeCargo” yük aviaşirkətləri yerinə yetirirlər. Formula-1 Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi 20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.