İDMAN


“Formula – 1” Avropa Qran-prisinin rəsmi səfiri: Üçüncü və ya dördüncü dövrədən başlayaraq mühərrik pis işləməyə başladı

A+ A

Bakı, 4 iyul, AZƏRTAC 

“Maklaren”in pilotu, “Formula-1” Avropa Qran-prisinin rəsmi səfiri Fernando Alonso finişə çata bilmədiyi Avstriya Qran-prisindəki çıxışını şərh edib.

AZƏRTAC xəbər verir ki, o, çıxışına belə aydınlıq gətirib: “Bəxtimiz gətirmədi.Çətin yürüş idi. Üçüncü və ya dördüncü dövrədən başlayaraq mühərrik pis işləyirdi. Mən batareyada yaranan problem üzündən maşının gücünü itirirdim. Biz yürüşdən çıxmaq həddində idik, son nəticədə elə də oldu”.

F.Alonso deyib: “Biz bugünkü problemlərdən ibrət dərsi almalıyıq. Eyni zamanda müsbət məqamlardan faydalanmalıyıq. Dəyişkən təsnifat yarışlarında maşınımız rəqabətə davamlı idi, Censon isə komanda üçün bir neçə xal topladı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.