MƏDƏNİYYƏT


Fortepiano əsərlərindən ibarət konsert

Bakı, 27 dekabr, A.İsmayılova, AZƏRTAC

Dekabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bəstəkarlarımızın fortepiano üçün yazılmış əsərlərindən ibarət konsert keçirilib. Konsert 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəsətəkarlarımızın fortepiano üçün yazılmış əsərlərindən söz açıb. Bildirib ki, hazırda istedadlı gənclərimiz Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrinə sadiq qalaraq öz yaradıcılıqları ilə musiqi xəzinəmizə yeni töhfələr verirlər.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli, Tofiq Şıxıyev və Zakir Əsədovun ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Aqşin Əlizadə, Cövdət Hacıyev, Ayaz Qəmbərli və digər bəstəkarların əsərləri səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.