CƏMİYYƏT
Foto işi üzrə nəzəri və praktiki təlimlər keçiriləcək
Bakı, 2 sentyabr, AZƏRTAC
“Dünya gəncliyin gözü ilə” layihəsi çərçivəsində foto işi üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi planlaşdırılır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir.
AZƏRTAC xəbər verir ki, innovativ metodlar və diskussiya formatında keçiriləcək təlimlərdə foto tarixi, fotoçəkilişlərin texnikası, fotoaparatlar haqqında məlumat və digər müvafiq informasiyalar veriləcək.
Həmçinin maraqlı foto çəkib layihənin icraçılarına təqdim edənlər arasından ən maraqlı fotolar seçiləcək və onların sərgisi təşkil olunacaq.
Daha ətraflı məlumatı youthfoundation.az saytından əldə etmək mümkündür.
Təlimlər Musa Əmrahov tərəfindən həyata keçirilən “Dünya gəncliyin gözü ilə” adlı fərdi layihə çərçivəsində təşkil edilir.