Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Fövqəladə Hallar Nazirliyi Akademiyasının məzunları onlara bəslənilən etimadı öz bilik və bacarıqları ilə doğruldacaqlar VİDEO

Bakı, 18 iyul (AZƏRTAC). İyulun 18-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasını bitirən məzunların buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Əvvəlcə Akademiyanın rəhbərliyi, kursantlar Fəxri xiyabanda xalqımızın ulu öndəri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirib, məzar önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn akademiyanın kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.

Akademiyanın rəhbərliyi və kursantlar daha sonra Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, məzunların buraxılışına həsr olunmuş təntənəli mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, akademiyanın rəisi, general-mayor Pənah Süleymanov, şəxsi heyət, məzunlar və onların valideynləri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla andılar.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.

FHN-in Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov akademiyanın məzunu olan 95 kursantı təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Akademiyanın rəisi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması barədə Sərəncamının ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırdı. Ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitdən danışan P.Süleymanov bildirdi ki, 2009-cu ildən fəaliyyət göstərən akademiya ikinci məzun buraxılışını həyata keçirir. Azərbaycan fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla, peşəkar mütəxəssislərlə təmin etmək baxımından mühüm rol oynayan akademiyanın yaradılması Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə, onun şəxsi heyətinə diqqət və qayğısının daha bir təzahürüdür.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov vətənpərvərliyi və Ali Baş Komandana sadiqliyi ilə seçilən FHN-in zabit heyətinə qəbul olunmaları münasibətilə kursantları təbrik etdi, onlara xidmətdə uğurlar arzulayaraq tövsiyələrini verdi.

Nazir Kəmaləddin Heydərov dörd il əvvəl Akademiyaya daxil olan gənclərin FHN sistemi üzrə vacib ixtisaslara yiyələndiklərini, eyni zamanda, yüksək insani keyfiyyətlər əxz etdiklərini bildirdi. Bu təhsil ocağının Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi olduğunu diqqətə çatdıran nazir burada gənclərimizin ixtisaslara yiyələnməklə yanaşı, Vətən qarşısında borclarını da yerinə yetirdiklərini qeyd etdi. Belə ki, akademiyada təhsil alan gənclər təkcə ixtisaslı zabit kimi deyil, eyni zamanda savadlı kadr kimi müxtəlif sahələrdə xidmət edəcəklər.

K.Heydərov məlumat verdi ki, FHN-in canlı qüvvə və texnikası texnogen qəzalar, təbii fəlakətlər və digər fövqəladə hadisələr baş verdikdə dərhal həmin əraziyə cəlb olunur, digər qurumlarla birlikdə fəsadların aradan qaldırılmasını təmin edir. Bu gün FHN-in güclü maddi-texniki bazaya sahib səkkiz regional mərkəzi fəaliyyət göstərir. Ölkə ərazisində fövqəladə halların, xüsusən texnogen qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Vurğulandı ki, ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyi bir dövrdə yeni avadanlığın quraşdırılması, istismara verilməsi çox böyük diqqət tələb edir. Bu diqqət nazirliyin strukturları tərəfindən həyata keçirilir.

Nazir əminliklə bildirdi ki, akademiyanın builki məzunları gələcəkdə ən yüksək ixtisaslı əməkdaşlar olacaqlar. Onların qazandığı bilik, bacarıq və təcrübə fövqəladə hadisələrin öhdəsindən layiqincə gəlməyə, dövlətin və vətəndaşların mülkiyyətinin təhlükəsizliyini təmin etməyə imkan yaradacaqdır.

K.Heydərov, həmçinin akademiyanın fəaliyyət göstərdiyi müddətdə gəncləri yüksək səviyyədə tərbiyə etdiklərinə və tədrisi dövrün tələblərinə uyğun qurduqlarına görə müəllimlərə, valideynlərə təbriklərini çatdırdı.

Bildirildi ki, bu gün Azərbaycanda iri regional layihələr reallaşdırılır. Sənaye müəssisələrinin, boru kəmərlərinin və digər mühüm infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN-nin üzərinə böyük məsuliyyət düşür. Akademiyanın məzunlarının təhsil səviyyəsi bu məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan verəcəkdir.

K.Heydərov FHN-nə göstərdiyi yüksək diqqət və qayğıya görə nazirliyin kollektivi və akademiyanın şəxsi heyəti adından Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi.

Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş məzun Sənan Nəsirli bütün məzunlar adından çıxış edərək Vətənə sədaqətlə xidmət edəcəklərini, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını vurğuladı.

Mərasimdə məzunlara diplom və rütbələr verildi.

Akademiyanı “əla” qiymətlərlə bitirmiş məzun Həsən Nəsirov xatirə lövhəsini “Yaş kötüyü”nə vurdu.

Sonra akademiyanın bayrağı məzunlar tərəfindən IV kurs müdavimlərinə təhvil verildi.

Kursantlar təntənəli marşın sədaları altında tribuna önündən keçdilər.

Fövqəladə Hallar Nazirliyi Akademiyasının məzunları onlara bəslənilən etimadı öz bilik və bacarıqları ilə doğruldacaqlar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib