REGİONLAR


Fövqəladə Hallar Nazirliyi Göyçay rayonunda “dəyirmi masa” təşkil edib

A+ A

Göyçay, 14 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi tərəfindən mülki müdafiə hazırlığının təşkil olunması ilə bağlı rayon rəhbərliyinin və FHN-in qurumlarının birgə fəaliyyəti mövzusunda “dəyirmi masa” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Göyçay Regional Peşə Tədrisi Mərkəzində keçirilən tədbirdə fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi istiqamətində yerli mətbuat vasitələrinin rolu, mülki müdafiə hazırlığının təşkil olunması ilə bağlı rayon rəhbərliyinin və FHN-in qurumlarının birgə fəaliyyəti, rayonda fövqəladə hallara hazırlığın mövcud vəziyyəti və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Çıxış edənlər rayon üçün xarakterik olan təbii fəlakətlər, mövsümi hadisələr, bununla bağlı qabaqlayıcı tədbirlər və hadisə zamanı davranış qaydaları haqqında məlumatların mütəmadi olaraq əhalinin nəzərinə çatdırılmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda FHN-in Aran Regional Mərkəzi tərəfindən iştirakçılara yaddaş kitabçaları və bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.