CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Nəsimi rayonunda avtomobil təmiri sexində baş verən yanğınla bağlı məlumat yayıb
Bakı, 8 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonunda avtomobil təmiri sexində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 653 kvadratmetr olan avtomobil təmiri sexinin 189 kvadratmetri yanıb, təmirə dayanmış “Nissan” markalı minik avtomobilin qabaq hissəsi əriyib, “Mercedes” markalı minik avtomobilin üzlük hissəsi qismən qarsalanıb. Avtomobil təmiri sexinin qalan hissəsi, ərazidə təmirə dayanmış avtomobillər və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.