CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Yasamaldakı binada baş vermiş yanğın barədə məlumat yayıb VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonundakı yaşayış binasında baş vermiş yanğın barədə məlumat yayıb.
Məlumatda deyilir ki, Bakı şəhərinin Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 kvadratmetr sahədə yanıb. Hadisə zamanı 1969-cu il təvəllüdlü Liliya Mixalovna Xazibovanın yanmış cəsədi aşkar olunub və 3-cü mərtəbənin eyvanından 2 şəxs yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq L.M.Xazibovanın cəsədini çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:29-da başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]