CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi avqustun 26-da Lənkəran rayonunun Liman şəhərində “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və həmin hadisə zamanı davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsi, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, yanğın baş vermiş obyektlərdə və qəzalı vəziyyətdə olan binada yanğınsöndürmə və xilasetmə əməliyyatlarının aparılması, zərərçəkənlərə ilkin tibbi yardım, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Təlim Liman şəhər Neft Bazasında və Liman şəhəri ərazisində yerləşən Lənkəran Balıq Kombinatının fəaliyyət göstərməyən binasında keçirilib.

Təlimə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin, Təcili təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Liman şəhər Neft Bazasının qüvvə və vasitələri cəlb olunub.

Sonda təlimə cəlb olunan qurumların fəaliyyətinə dair məruzələr dinlənilib və müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.