İDMAN
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avrasiya çempionatında birinci yeri tutub
Bakı, 19 oktyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda “kempo full və kempo submission” (qrapplinq gi) üzrə Avrasiya çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan çempionatda Avropa və Asiya ölkələrini təmsil edən 12 komandanın heyətində 300-dək idmançı mübarizə aparıb.
Çempionatda nazirliyin əməkdaşı Ülvi Sadıqov 85 kiloqram çəki dərəcəsində 18 yaşdan yuxarı idmançılar arasında birinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [14:39]
Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
- 18.04.2024 [14:37]
Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]
AFFA beş klubu cəzalandırıb
- 18.04.2024 [12:37]
UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur
- 18.04.2024 [11:59]
Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq
- 18.04.2024 [11:54]
"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı
- 18.04.2024 [11:51]