İDMAN


Fövqəladə Hallar Nazirliyinin qurumları arasında atıcılıq üzrə çempionat keçirilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun və FHN işçiləri həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında atıcılıq üzrə çempionat keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Akademiyasında keçirilən yarışa hər birində iki iştirakçı olan 15 komanda qatılıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 10 metr məsafəyə pnevmatik tapançadan 10 məqbul atış olub.

Yarışa baş hakim Elçin Əhmədov, atış xəttinə isə hakim Bəhruz Ağayev nəzarət ediblər.

Komanda hesabında yarışda Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) birinci, FHN-in Aparatı ikinci, Dövlət Yanğından Mühafizə Xidməti isə üçüncü olub.

Şəxsi hesabda isə Səlim Orucov (XRXX), Əhməd Hətəmov (FHN Akademiya) və Rauf Məmmədov (Bakı RM) müvafiq olaraq ilk üç pillədə yer alıblar.

Sonda İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri həmkarlar ittifaqının sədri Mehman İsmayılov qaliblərə təbriklərini çatdırıb, onlara kubok, medal və diplomlar təqdim edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.