İDMAN


Fövqəladə Hallar Nazirliyinin qurumları arasında voleybol çempionatı keçirilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 24-dən 28-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçiləri həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə voleybol çempionatı keçirilib.

İdman-sağlamlıq klubundan AZƏRTAC-a bildiriblər ki, FHN-in qurumları arasında keçirilən çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasının bazasında təşkil edilib. Ümumilikdə 170-dək idmançının təmsil olunduğu yarışda 14 komanda qüvvəsini sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final qarşılaşması FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında olub. Agentliyin komandası qələbə qazanaraq yarışın qızıl medalına layiq görülüb. Üçüncü yerə isə Qarabağ Regional Mərkəzinin təmsilçilərini məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası layiq görülüb.

FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov və FHN İdman-sağlamlıq klubunun rəsmisi Bəxtiyar Mirzəliyev yarış iştirakçılarını təbrik edərək onlara uğurlar arzulayıb.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.

Yarışın baş hakimi Səbuhi Əliyev olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.