REGİONLAR


Fövqəladə hallar naziri Beyləqanda vətəndaşları qəbul edib

Beyləqan, 24 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 24-də Beyləqan Gənclər Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 73, digər məsələlərlə bağlı müraciət etmiş 30 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Qəbula gələn sakinlər nazirlə görüş üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və bölgələrdə bu cür qəbulların keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.