CƏMİYYƏT
Fövqəladə hallar naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 26-da saat 11.00-dan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Biləsuvar şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Şirvan şəhərinin, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Biləsuvar şəhəri, 1 May küçəsi 8) dekabrın 23-də saat 09.00-da başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]