CƏMİYYƏT


Fövqəladə hallar naziri Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 20-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dən vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında iyunun 19-da saat 09.00-da başlayacaq.

Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.