CƏMİYYƏT
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edəcək
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 24-də saat 11.00-dan Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Xaçmaz, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında fevralın 23-də saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected] .