CƏMİYYƏT


Fövqəladə hallar naziri Ucarda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 8-də saat 10.00-dan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacağı qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 7-də saat 09.00-da Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.