ELM VƏ TƏHSİL


Fövqəladə hallar orqanlarında çalışmağa maraq göstərən şagirdlərə FHN-in fəaliyyəti barədə məlumat verilib

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Cəsurluq məktəbi” mövzusunda “Açıq qapı” günü keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi Bakı şəhərinin ümumi təhsil məktəblərinin yuxarı siniflərində təhsil alan və fövqəladə hallar orqanlarında işə maraq göstərən şagirdləri nazirliyin, o cümlədən mərkəzin fəaliyyəti ilə yaxından tanış etmək olub.

Tədbirdə şagirdlərə fövqəladə hallar barədə ümumi məlumatlar verilib, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112-qaynar xətti” mövzularında təqdimatlar, eləcə də nazirlik tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub.

Sonra “Sprinter” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıq, sularda xilasetmə və dalğıc avadanlığı, kəşfiyyat cihazları və fərdi mühafizə vasitələri, yanğınsöndürmə texnikası, eləcə də mulyaj üzərində yaralılara ilkin tibbi yardımın göstərilməsi yolları, sınıqlar və qanaxmalar zamanı yardım üsulları barədə məlumat verilib. Müəyyənləşdirilmiş təlim nöqtələri üzrə xilasetmə əməliyyatları həyata keçirilib, şagirdlərin sualları cavablandırılıb.

Tədbirdə Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə, Dövlət Sularında Xilasetmə və Tibb xidmətlərinin əməkdaşları, 60 şagird iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.