REGİONLAR
Fövqəladə hallar zamanı özünü necə aparmalı
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarına müxtəlif xarakterli fövqəladə hallardan necə qorunmalı, zəlzələ zamanı təxliyə qaydaları, elektrik və qaz təsərrüfatlarında baş verə biləcək qəzalar zamanı davranış qaydaları, yanğınsöndürmə avadanlığından istifadə üsulları, qar uçqunu zamanı sağ qalma qaydaları kimi mövzularda bilgilər verilib.
Tədbir zamanı məktəbin müəllim və şagird heyəti Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, təbii fəlakətlərin səbəbləri və onların təsnifatı, respublikanın şimal zonasına xas olan qar uçqunu, sürüşmə və sel kimi fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiənin təşkili prinsipləri və məqsədləri, yanğın zamanı təxliyənin həyata keçirilməsi qaydaları, meşə yanğınlarının başvermə səbəbləri, yaşayış massivlərində baş verən yanğınların qarşısının alınması zamanı davranış qaydaları, məişətdə istifadə edilən qaz və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirləri, insanların təhlükəsizliyinin təmin olunmasında “112 qaynar xətti”nin rolu kimi mövzularda ətraflı məlumatlandırılıb.
Şimal Regional Mərkəzi tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.