SİYASƏT
“France 24” telekanalı AzərTAc ilə əməkdaşlıq edəcək VİDEO
Bakı, 12 dekabr, Aygün Həsənova, AZƏRTAC
Fransanın nüfuzlu televiziya kanalı “France 24” AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir.
Bununla bağlı məsələlər “France 24” telekanalının Avropada yayım üzrə meneceri xanım Hillari Bunkerlə AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.
Baş direktor Azərbaycanla Fransa arasında genişlənən əməkdaşlıq, qarşılıqlı mədəni layihələr, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, AZƏRTAC-ın keçdiyi yol, agentliyin xarici əlaqələri, dünya mediasındakı rolu barədə ətraflı məlumat verdi.
Görüşdə videoxəbər, informasiya və təcrübə mübadiləsi ilə bağlı ikitərəfli əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparıldı. Gələcəkdə həm AZƏRTAC-da, həm də “France 24” telekanalında qarşılıqlı treninqlərin keçirilməsi barədə təkliflər səsləndi.
AZƏRTAC-ın “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı informasiyalarının “France 24” ilə yayımlanması, həmçinin hər iki media orqanının internet səhifələrində bannerlərin yerləşdirilməsi imkanları nəzərdən keçirildi.