İDMAN


“France Football” yaxında “Qızıl top” namizədlərini açıqlayacaq

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC 

Oktyabrın 25-də “France Football” jurnalı “Qızıl top” namizədlərini açıqlayacaq.

AZƏRTAC İspaniyanın “Mundo Deportivo” qəzetinə istinadla xəbər verir ki, Fransa nəşri sözügedən mükafat laureatları ilə bağlı 30 namizəddən ibarət bir siyahı dərc edəcək.

Xatırladaq ki, bir müddət əvvəl “France Football” və FİFA mükafatın birgə təqdimatına dair əməkdaşlığa son verib. “France Football” “Qızıl top” mükafatını 1956-cı ildən, FİFA isə 1988-ci ildən “İlin futbolçusu” mükafatını təqdim edib. Tərəflər arasında 2010-cu ildən “Qızıl top”un birgə mükafatlandırılmasına dair beş illik müqavilə mövcud olub. Hansı ki, ilin ən yaxşı futbolçusu beynəlxalq futbol qurumunun təşkilatçılığı ilə milli komandaların məşqçiləri, komanda kapitanları və media təmsilçiləri tərəfindən səsverməsi nəticəsində müəyyənləşirdi.

Maraqlıdır ki, FİFA “Qızıl top”u təqdim edəndən bəri yalnız iki futbolçu mükafata layiq görülüb. İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi - dördqat (2010, 2011, 2012, 2015) və Madridin “Real” komandasının portuqaliyalı forvardı Kriştianu Ronaldo – ikiqat (2013 və 2014) qalib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.