DÜNYA


Frank-Valter Ştaynmayer Almaniya prezidenti postuna namizəddir

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Almaniya Xarici İşlər Nazirliyinin başçısı Frank-Valter Ştaynmayer hakim Xristian-Demokratik İttifaqı və Xristian-Sosialist İttifaqı koalisiyasından ölkə prezidenti postuna namizəd göstərilib. Bu barədə məlumat “Die Zeit” qəzeti tərəfindən dərc edilib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Ştaynmayer almanlar arasında böyük nüfuza malik olsa da, hakim koalisiya uzun müddət ərzində prezident postu uğrunda namizəd barədə razılığa gələ bilmirdi. Frank-Valter Ştaynmayerin əsas rəqibləri Baden-Vyurtemberq federal torpağının Baş naziri Vinfrid Kreçman və Almaniyanın maliyyə naziri Volfqanq Şoyble idi.

Qeyd edək ki, Almaniyada növbəti prezident seçkiləri 2017-ci ilin fevralında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.