MƏDƏNİYYƏT
Frankfurt-Mayn Alman-Polşa Cəmiyyətinin üzvləri Milli Kitabxanada olublar
Bakı, 23 may, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin şöbə və sektor müdirləri, Milli Kitabxananın direktoru Kərim Tahirov ilə Frankfurt-Mayn Alman-Polşa Cəmiyyətinin üzvləri arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Frankfurt-Mayn Alman-Polşa Cəmiyyətinin üzvləri ilə ümumi tanışlıqdan sonra Azərbaycan, onun mədəniyyət və turizm siyasətinə dair videotəqdimat olub. Daha sonra Azərbaycanın mədəniyyət sərvətləri, mədəniyyət müəssisələri, turizm potensialı və müvafiq infrastruktur, ölkəmizə gələn turistlərin sayına dair statistik məlumat, milli mədəniyyət və turizm siyasətindəki yeniliklər, islahatlar, digər ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də Milli Kitabxananın tarixi və fəaliyyəti barədə danışılıb.
Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən mədəniyyət sərvətlərinin dağıdılması və məhvi edilməsi haqqında məlumat verilib.
Sonda qonaqların sualları cavablandırılıb.