DÜNYA
Fransa Ədliyyə Məhkəməsi Kristin Laqardı səhlənkarlıqda ittiham edib
Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC
Fransa Ədliyyə Məhkəməsi Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqarda qarşı məhkəmə iddiası irəli sürüb. K.Laqard 2008-ci ildə iqtisadiyyat naziri olduğu dövrdə “Bernard Tapi-Credit lyonnais” işində səhlənkarlığa yol verdiyinə görə ittiham edilib.
AZƏRTAC “lemonde.fr” saytına istinadla xəbər verir ki, daha öncə Prokurorluq K.Laqarda bəraət tələb edib. BVF-nin baş direktoru Vaşinqtonda xidməti ezamiyyətdə olduğu üçün məhkəmə qərarının oxunmasında iştirak etməyib. Məhkəmə isə K.Laqarda cəza verilməyəcəyini açıqlayıb.
K.Laqard “Bernard Tapi-Credit lyonnais” işində 400 milyon avroluq işə səhlənkarlıqla yanaşmaqda təqsirləndirilirdi. BVF-nin baş direktorunun 1 il həbs və 15 min avro cərimə cəzası alması gözlənilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [21:38]
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [21:25]
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
- 18.04.2024 [21:00]
Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir
- 18.04.2024 [20:29]
Türkiyədə zəlzələ olub
- 18.04.2024 [19:30]
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [19:29]
Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb
- 18.04.2024 [19:24]
Gürcüstanda torpaq sürüşməsi baş verib
- 18.04.2024 [17:06]