DÜNYA


Fransa Baş nazirinin Berlinə ikigünlük səfəri başlayıb

Berlin, 14 fevral, AZƏRTAC

Berlin və Paris Avropa inteqrasiyasının lokomotivi olmağa çalışırlar və “bütün səviyyələrdə” bir-biri ilə “sıx əməkdaşlıq edirlər”. Bunu Almaniya kansleri Angela Merkel Fransanın Baş naziri Bernar Kaznyovun AFR-ə səfəri ilə əlaqədar bəyan edib. Fransa hökumətinin başçısı üçün AFR-ə səfər 2016-cı ilin dekabrında bu vəzifəni tutduqdan sonra ilk ikitərəfli xarici səfər olub.

B.Kaznyov A.Merkel ilə görüşündə təhlükəsizlik problemini və terrorizmə qarşı mübarizəni, miqrasiya siyasətini və əhalinin məşğulluğunun artırılması tədbirlərini əsas müzakirə mövzuları adlandırıb. Fransa hökumətinin başçısı qaçqın böhranının həllində A.Merkelin cəsarətini yüksək qiymətləndirsə də, diqqəti “Aİ-nin xarici sərhədlərinə nəzarəti daha yüksək səviyyəyə” çıxarmaq zərurətinə cəlb edib.

B.Kaznyovun Berlinə səfəri iki gün davam edəcək. O, fevralın 14-də AFR-in xarici işlər naziri Ziqmar Qabriyel, bundestaqın sədri Norbert Lammert və Almaniya Sosial-Demokrat Partiyasından AFR kansleri vəzifəsinə namizəd Martin Şults ilə görüşəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.