DÜNYA


Fransa: Dijon şəhərində baş verən partlayış nəticəsində azı 17 nəfər yaralanıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Fransanın şərqində yerləşən Dijon şəhərinin mərkəzində baş verən partlayış nəticəsində binanın bir hissəsi dağılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident yerli vaxtla saat 09:15-də qeydə alınıb. Partlayışın baş verdiyi ərazidə xilasedici briqadalar işləyir. Hadisə nəticəsində çox sayda insanın yaralandığı bildirilir. Xilasedicilərin dağıntılar altından çıxardığı 17 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Şəhərin meri Fransua Rebsamen partlayışın qaz sızması səbəbindən baş verə biləcəyini desə də, dəqiq səbəbin hələ məlum olmadığını bildirib. O, həmçinin terror ehtimalını istisna edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.