DÜNYA


Fransa: Marin Le Pen prezident seçkilərinə iki gün qalmış populyarlığını itirir

Bakı, 21 aprel, AZƏRTAC

“Milli cəbhə” partiyasının lideri Marin Le Pen Fransada keçiriləcək seçkilərin ilk turuna iki gün qalmış prezidentliyə namizədlərin populyarlıq reytinqində mövqeyini itirir. “Elabe” kompaniyasının keçirdiyi sorğuya əsasən keçmiş iqtisadiyyat naziri Emmanuel Makron siyahıda liderliyini qoruyur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sorğunun nəticələrinə görə, ilk turda seçicilərin 24 faizi Makronu dəstəkləməyə hazırdır. Le Pen isə üç gün bundan öncəki nəticəsi ilə müqayisədə 0,5 faiz geriləyərək 21,5 faiz səs toplaya bilib. Rəyi soruşulanların 20 faizi Fransanın keçmiş baş naziri Fransua Fiyonu dəstəkləyəcəyini bildirib. “Fəth olunmamış Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşona isə respondentlərin 19,5 faizi dəstək olub.

“Elabe” 1500 nəfərin iştirak etdiyi sorğunu aprelin 19-20-də, Parisin mərkəzində bir polisin ölümü ilə nəticələnən terror aktından öncə keçirib.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-nə, ikinci turu isə mayın 7-nə təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.