Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri
Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar VİDEO

Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə

tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlətinin başçısı Fransua Ollandı qarşıladı.

Dövlət başçılarına liseydə görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, liseyin 320 yerlik binasının tikintisi üzrə işlərin mühüm hissəsi artıq başa çatmışdır və qalan işlərin də bu ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulur. Liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” imzalanan sazişə əsasən qoyulmuşdur. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır.

Qeyd edildi ki, fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaqdır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.

Fransa Prezidentinin diqqətinə çatdırıldı ki, bu təhsil ocağı Bakının “Ağ şəhər” adlanan ərazisində inşa olunur. Dünyada şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan “Bakı Ağ şəhər” layihəsinin maraqlı tərəflərindən biri də burada Paris məhəlləsinin salınmasıdır.

Sonra dövlət başçıları mərasim iştirakçıları ilə görüşdülər.

Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland mərasimdə çıxış etdilər.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, əlaqələrimizə yeni təkan verəcəkdir. İyirmi ildən artıqdır ki, ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çoxşaxəlidir, müxtəlif sahələri əhatə edir və gündən-günə möhkəmlənir.

Bizim çox sıx siyasi əlaqələrimiz vardır. Sizin rəsmi səfəriniz bunu təsdiqləyir. Daim siyasi dialoq, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılır. Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik. Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir.

İqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün sabah biznes forum keçiriləcəkdir. Mən çox şadam ki, Azərbaycana Fransadan Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər. Əminəm ki, biznes forumun nəticələri də çox yaxşı olacaqdır. Çünki bizim aramızda olan ticarət əlaqələri də güclənir, möhkəmlənir.

Bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda, humanitar sahədə, o cümlədən təhsil sahəsində əməkdaşlıq inkişafdadır. Yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir. Azərbaycan təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Minlərlə Azərbaycan gənci dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil alır.

Səfərinizin bu məktəbdən başlaması Sizin də bu sahəyə böyük diqqət verdiyinizi əyani şəkildə sübut edir. Yəni, burada bizim məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu liseydə təhsil alacaq uşaqlar gələcəkdə Fransa-Azərbaycan əlaqələrini daha da sıx möhkəmləndirəcəklər. Burada fransalı uşaqlar öz ana dilində təhsil alacaqlar, öz Vətəninə bağlı olacaqlar. Azərbaycanlı uşaqlar isə fransız dilini mükəmməl, öz ana dili kimi biləcəklər. Eyni zamanda, bu liseydə Fransanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olacaqlar.

Fransa dünya mədəniyyətinə, elminə, incəsənətinə, memarlıq sənətinə əvəzolunmaz töhfələr vermişdir. Dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyildir. Bizim burada təhsil alacaq uşaqlarımız bir-biri ilə sıx bağlı olacaqlar, dost olacaqlar. Əminəm ki, gələcəkdə onlar böyüyəndə bu dostluq əlaqələrini saxlayacaqlar. Beləliklə, bir-birinə hörmətlə, məhəbbətlə yanaşan gənc nəsil yetişəcək və bu da bizim dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bir sözlə, bu lisey sadəcə olaraq yeni bir təhsil ocağı deyil, həm də Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaqdır. Əminəm ki, burada uşaqlara veriləcək təhsil ən yüksək səviyyədə olacaqdır.

Biz humanitar sahədə müxtəlif layihələr üzrə işləyirik. Biz çox şadıq ki, Parisdə, Versalda, Strasburqda icra olunan layihələrdə Azərbaycan tərəfi də iştirak edir. O cümlədən Luvrda aparılan işlərdə Azərbaycan tərəfi iştirak etmişdir. Bu, bizim əlaqələrimizi daha da sıx birləşdirir. Eyni zamanda, son illərdə Fransanın müxtəlif şəhərlərində çoxsaylı Azərbaycan tədbirləri - mədəniyyət günləri, sərgilər, konsertlər keçirilmişdir.

Şəhərlərarası əlaqələr də çox zəngindir və çox səmərəlidir. Deyə bilərəm ki, Parisin mərkəzində, Eyfel qülləsinin lap yaxınlığında iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu da Azərbaycanın Fransadakı kiçik bir parçasıdır. Necə ki, bu məktəb səfirlikdən sonra Fransanın ikinci məkanıdır, ikinci ərazisidir. Bu məktəbin yaradılması da bizim dostluğumuzu ifadə edir. Çünki bu, birgə səylər, hər iki tərəfdən gələn səmimi təşəbbüs nəticəsində mümkün olmuşdur. Bu yerin seçilməsi də çox böyük məna daşıyır. Çünki bu ərazidə vaxtı ilə, sovet dövründə sənaye zonası yerləşirdi. Bakının son illərdə abadlaşması və sənaye zonalarının şəhərin kənarına çıxarılması layihələri məhz bu zonada da icra edilir. Burada yeni məktəbin, Fransız Liseyinin yaradılması da rəmzi məna daşıyır. Çünki arxa tərəfdə “Ağ şəhər” layihəsi çərçivəsində Paris kvartalı yaradılır. Ağ şəhər əslində şəhər içində bir şəhərdir, müasir şəhərsalma metodları ilə yaradılır. Paris evləri, Paris kvartalı, Fransız Liseyi, Xəzər dənizi, Bakı Bulvarı, bax bu zona şəhərin gözəl mərkəzinə çevrilir. Əminəm ki, burada mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası xalqlarımızı daha da sıx birləşdirəcəkdir.

Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bizim dəvətimizi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu olacaqdır və səfərin çox gözəl nəticələri olacaqdır. Sağ olun.

X X X

Prezident Fransua Ollandın

çıxışı

- Cənab Prezident.

Hörmətli xanım.

Hörmətli cənab və xanım nazirlər, xanımlar və cənablar.

Siz məni burada Fransanın Azərbaycandakı bir guşəsində qəbul edirsiniz. Cənab Prezident, bir halda qeyd etdiniz ki, biz fransız məhəlləsindəyik, bundan çox fərəh hissi duyuruq. Çünki buralar gözəldir, müasirdir. Ümumiyyətlə, burada şirkətlər çox sürətlə inkişaf edir. Mən Sizinlə burada gələcəkdə lisey olacaq bir təsisatdayam. Bu liseydə Azərbaycana gəlmiş, inkişafınıza töhfə verən şirkətlər üçün çalışan ailələrdən olan gənc fransızlar təhsil alacaqlar. Lakin iqtisadi inkişafınıza, həmçinin böyük töhfə verən digər ailələrdən də uşaqlar buraya gələcəklər və nəhayət, öz təhsilini daha da təkmilləşdirməyi arzulayan və artıq fransız dilində danışan azərbaycanlılar da onların sırasına qoşulacaqlar.

Mən buraya qoyulan sərmayəni mümkün etdiyinizə, eləcə də göstərdiyiniz səylərə görə şəxsən Sizə və xanımınıza təşəkkür edirəm. Buraya 350-dən çox şagird qəbul olunacaqdır. Onların təhsil həyatı burada birləşəcəkdir.

Mən etdiyiniz dəvətə cavab olaraq buraya - Azərbaycana səfər etmək istəyirdim. Bu dəvəti Siz hələ 2012-ci ilin sentyabrında mənə etdiniz. Həmin vaxt Siz Luvr Muzeyinin İslam incəsənətinə həsr edilmiş bir hissəsinin açılışında mənimlə birgə iştirak etmək üçün ölkəmizə gəlmişdiniz. Azərbaycan muzeyin həmin hissəsinin maliyyələşdirilməsində iştirak etdi, biz bundan fərəhlənirik. Luvr Muzeyi dünyanın ən gözəl muzeylərindən biridir. Mən hətta elə düşünürəm ki, Luvr dünyanın ən gözəl muzeyidir və biz orada saxlanılan eksponatların müəyyən hissəsini bütün dünyada nümayiş etdirməliyik. Sizin də qeyd etdiyiniz kimi, dünyanın ən nüfuzlu incəsənət, mədəniyyət nümunələrini də muzeyimizdə sərgiləməliyik.

Mən əməkdaşlığımıza qayıtmaq istərdim. Əslində səfərimin bu iki günü ərzində mən bu məsələləri xüsusi olaraq nəzərdən keçirəcəyəm. Bu gün Azərbaycanda çoxlu fransız şirkətləri fəaliyyət göstərir. Bir çox digər şirkətlərin rəhbərləri bu səfər çərçivəsində məni müşayiət arzusunu bildirmişdilər. Biz iqtisadiyyatınızın inkişafına töhfə vermək üçün ölkənizdə çalışan fransız şirkətlərinin sayını artırmaq istəyirik. Bu, əlbəttə ki, enerji sahəsinə də aiddir. Həmçinin təklif edəcəyiniz digər yeni sahələrdə də işləməyi arzulayırıq. Elə onlardan birini xatırlatmaq yerinə düşərdi. Bu, şəhərsalma sahəsidir. Sizin şəhəriniz Cənubi Qafqazda ən böyük əhalisi olan şəhərdir. Bu şəhərdə böyük inkişaf müşahidə olunur. Şəhər dəyişib, bu şəhər böyük liman şəhəridir, böyük sənaye şəhəridir. Bu şəhər böyüyür və dünyanın ən nüfuzlu şəhərlərindən birinə çevriləcəkdir. Fransa bu gözəl layihədə sizinlə işləmək istəyir, ən yaxşı xidmətləri, şəhər xidmətlərini, nəqliyyat xidmətlərini, içməli su və çirkab suların təmizlənməsi xidmətlərini göstərmək, tullantıların idarə edilməsində yardımçı olmaq istəyir. Bir sözlə, biz istəyirik sizə yardım edək ki, Bakı şəhəri və digər şəhərləriniz davamlı inkişaf baxımından nümunəvi olsun.

Biz sərmayə qoymaq, mübadilə etmək, ticarət aparmaq istəyirik. Biz bu işləri görmək istəyirik və bu, ölkələrimiz arasında olan münasibətlərin əsas vəzifəsidir. Biz təhsil, texnoloji biliklərin mənimsənilməsində iştirak etmək istəyirik. Ölkənizin universitetləri ilə də işləmək istəyirik.

Cənab Prezident, Siz təhsil almaq üçün Fransaya gələn tələbələrinizi qeyd etdiniz. Biz onları ən yaxşı səviyyədə qəbul etmək istərdik. Biz hətta Parisdə universitet korpuslarından birində Azərbaycan tələbələri üçün şərait yaratmağa hazırıq ki, biliklərin birgə əldə edilməsində və hətta elmi tədqiqatlarda iştirak edən azərbaycanlıların sayı çox olsun.

Siz burada təqaüdlər haqqında danışdınız. Əlbəttə, biz də müəyyən maliyyə imkanlarımız hesabına təqaüdlər ayıra bilərik ki, ölkənizin tələbələri Fransaya gələ bilsinlər. Bu, mənim Azərbaycana səfərim başlayan andan atılan rəmzi addımdır. Siz əlinizdən gələni etdiniz, burada mənim yanımda Eyfel qülləsini görürsünüz. Amma bu işi bilməyənlər səhv salmasınlar. Görün, burada, həmçinin Bakının tarixi abidəsi - Qız qalası da vardır. Siz bunu nümayiş etdirmək istədiniz. Bu, o deməkdir ki, ölkələrimiz arasında münasibətlərimizin çox qədim tarixi vardır. Onilliklər ərzində bu əlaqələr güclənib. Bu, xüsusən də müstəqilliyinizi bərpa etdikdən sonra baş verdi. Biz bu inkişafda iştirak etmək istəyirik.

Mən bir neçə günlüyə Qafqaza gəlmişəm. Çünki gördüyünüz işlərə inanıram. Dünyanın bu guşəsində, xüsusən də Azərbaycanda böyük inkişaf gedir. Biz də istərdik ki, sizin bütün dünyada, Avropada işlədiyiniz kimi, yəni, inkişafı birgə təmin edək, onu dayanıqlı edək və bu inkişaf xalqlarımıza rifah gətirsin.

Ölkənizə səfər etmək üçün dəvətinizə görə minnətdaram. Ölkənizi özüm üçün kəşf etdim. İlk dəfədir ki, buraya səfər edirəm. Lakin sizi əmin edirəm ki, bu səfər sonuncu səfər deyildir.

Sizlərə sağ ol deyirəm. Lisey şagirdlərinə bu gələcək təhsil ocağında uğurlar arzulayıram. Biz burada onun yalnız bir hissəsini gördük. Qalan hissəsi də başa çatdırılacaqdır. Burada müddət çox qısadır. Bakıda lisey tikmək Parisdən fərqli olaraq iki dəfə tez başa çatdırılır. Beləliklə, sentyabr ayında burada lisey 350 şagird üçün artıq açıq olacaqdır. Onların fotolarını isə bizə göndərəcəksiniz.

Sağ olun cənab Prezident.

X X X

Prezidentlər xatirə şəkli çəkdirdilər.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyinin qarşısında ağac əkdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəriAzərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar VİDEO

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər